ahmed_rnt

Ahmedov Ahmed · @ahmed_rnt

12th Jan 2013 from Twitlonger

#KhadijaUtan yox, #SizQehbelerUtanin
"Dostlarımızdan biri yazır ki, onun xidmət keçdiyi hərbi hissədə tualet yox idi. Digəri deyir ki, hamam olmadığı üçün əsgərləri bit-birə basırdı. İndi gəlin hesablayaq, prezidentin oğlu Heydər Əliyevə Dubayda alınan villaların puluna (44 milyon dollar) neçə kazarmanı bu elementar şəraitlə təmin etmək olardı? Başqa hesablamalar da aparaq:

Neçə zabitin xaricdə təhsilini təmin edib, orduda normal idarəetmə strukturu qurmaq olardı?

Neçə diplomat, hüquqşünas oxudub, Qarabağla bağlı beynəlxalq təşkilatlar, düşüncə mərkəzləri, məhkəmələrdə, danışıqlarda keyfiyyətli təmsilçiliyə nail olmaq olardı?

Məcburi köçkünlərə, qaçqınlara vəkil tutub, iddialarını beynəlxalq məhkəmələrə çıxarmaq necə, olardımı?

Vətənin boğazından kəsilmiş milyonları uşaqları üçün villalara xərcləyən adamlardan orduya, əsgərə qayğı gözləməyə dəyərmi?

Oğurluq pulların tör töküntüsü ilə dolanan yaltaqlara xərclənən pul, sizcə, neçə əsgərin müalicə haqqını ödəyər?"

Reply · Report Post